Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:09

Vaşinqtonda «Şah dəniz» müzakirə olunub


Noyabrın 28-də Vaşinqtonda ABŞ-Avropa Birliyi Enerji Şurasının iclası olub.

İclasda işçi qruplarının, o cümlədən enerji təhlükəsizliyi işçi qrupunun enerji infrastrukturu layihələrinin koordinasiyası sahəsində əldə etdiyi tərəqqi nəzərdən keçirilib.

2011-ci il oktyabrın 25-də Türkiyə ilə Azərbaycan arasında qaz tranziti sazişinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Bu sazişin «Cənub dəhlizi» layihəsinin reallaşmasına doğru növbəti addım olduğu bildirilib.

Enerji Şurası bundan sonra «Şah Dəniz-2» konsorsiumu ilə kommersiya sazişlərinin bağlanacağına ümidvar olduğunu bildirib.
XS
SM
MD
LG