Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:27

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilir


Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib
Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib
Saat 12.00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 13.79% seçici iştirak edib.

***

Azərbaycanda bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərdə hazırda ən böyük seçici fəallığı Naxçıvan Muxtar Respublikasının ərazisindəki seçki məntəqələrində qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının nəzdində «Seçkilər» İnformasiya Mərkəzindən «Trend»ə bildirilib ki, seçkilərin ilk iki saatında Culfa rayonunda seçicilərin 12.7 faizi (1764 nəfər) artıq səs verib.

***

Saat 10:00-a olan məlumata əsasən, bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 6.89 faiz seçici (79 639 nəfər) iştirak edib. /MSK/

***

Saat 08:00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri açılıb. Səsvermə saat 19:00-dək davam edəcək.

Seçki məntəqələrinin sayı 1169-dur.

Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549-dur.

Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəfdir.

Qeydə alınmış namizədlərin 305 nəfəri (19.69%) qadındır.

Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçicilərin sayı 1 155 864 nəfərdir.

Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
XS
SM
MD
LG