Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:21

ABŞ Avropa Birliyi Enerji Şurasının iclası keçirilib


Noyabrın 28-də Vaşinqtonda ABŞ Avropa Birliyi Enerji Şurasının iclası olub. İclasda işçi qruplarının, o cümlədən enerji təhlükəsizliyi işçi qrupunun enerji infrastrukturu layihələrinin koordinasiyası sahəsində əldə etdiyi tərəqqi nəzərdən keçirilib.

2011-ci il oktyabrın 25-də Türkiyə ilə Azərbaycan arasında qaz tranziti sazişinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Bu sazişin Cənub Dəhlizi layihəsinin reallaşmasına doğru növbəti addım olduğu bildirilib.

Enerji Şurası bundan sonra Şah Dəniz 2 konsorsiumu ilə kommersiya sazişlərinin bağlanacağına ümidvar olduğunu da bildirib.
XS
SM
MD
LG