Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Misirdəki seçki qarşıdurmalarında 80-ə yaxın adam yaralanıb


Misirin paytaxtı Qahirədə parlament seçkiləri keçirilən iki gün ərzində qarşıdurmalar olub. Qarşıdurmalarda 80-ə yaxın adam yaralanıb.

Reuters agentliyinin xəbərinə görə, Təhrir meydanında radikal əhval-ruhiyyəli gənclər yandırıcı maddələrdən istifadə ediblər.

Artıq 11-ci gündür ki, Hərbi Şuranın hakimiyyətdən getməsi tələbi ilə etirazçılar Təhrir meydanında oturaq aksiya keçirirlər.

Bu gün səsvermənin ilk nəticələrinin elan olunacağı gözlənilir. Misirdəki üç mərhələli parlament seçkiləri mart ayında sona çatacaq. Bundan sonra prezident seçkisi olacaq.
XS
SM
MD
LG