Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

Böyük Britaniya İrana qarşı cavab tədbiri görəcək


Böyük Britaniya Tehrandakı səfirliyinə hücumla bağlı İrana xəbərdarlıq edib. Britaniyanın baş naziri David Cameron baş verənlərə görə ölkəsinin cavab tədbirləri görəcəyini bildirib.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə səfirliyə hücumun heç bir məntiqə sığmadığı bildirilir. İran hökumətindən bu cür hərəkətlərin qarşısını almaq və beynəlxalq qanunlar əsas gətirilərək səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək tələb olunub.


İranın Xarici İşlər Nazirliyi isə baş verənlərdən təəssüfünü bildirib

Noyabrın 29-da Böyük Britaniyanın İrandakı səfirliyinin binası qarşısında kütləvi aksiya keçirilib. Səfirliyin qarşısına toplaşan kütlə ABŞ, Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiyaçılar Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG