Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Dövlət Komitəsi İran dindarının dediklərinə cavab verdi


“Təbrizdə “Əşrəful-Ənbiya” məscidində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqinin fikirləri cəfəngiyatdan başqa bir şey deyil”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov AzadlıqRadiosuna açıqlamasında bildirib.

İSLAMI ŞƏXSİ ALƏTLƏRİNƏ ÇEVİRİBLƏR

Ə.Zülfüqarov bildirib ki, Sədiqinin timsalında belə “ayətullah”lar İslamı şəxsi məqsədlərinin alətinə çevirirlər:

“Onların Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığını iddia etmələri tamamilə məntiqsizlik və həmin “din adamları”nın özlərinin də yaxşı bildiyi ən böyük günahlardan sayılan böhtandır”.

Komitə təmsilçisi hesab edir ki, Azərbaycandan bəhs edərkən “Bakı dövləti” ifadəsini işlətməsi Ayətulla Sədiqinin səviyyəsizliyini, dünyagörüşünün kasadlığını göstərir.

AZƏRBAYCAN FƏTVALARLA İDARƏ OLUNMUR

“Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu “unutmuş ayətullahlar”a onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun aliliyi prinsipi yüksək səviyyədə qorunur. Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tolerant prinsipləri önə çəkməsi “ayətullahları” yamanca narahat edir və onlar son çarə kimi azərbaycanlı dindarları dövlətə qarşı qoymağa çalışırlar. Bəyanatlarında üstüörtülü şəkildə “cihad”, “şəhadət”, “qüdrət taxtından yerə salmaq” kimi ifadələrdən istifadə etmələri onların həm dini, həm də siyasi səbatsızlıqlarından xəbər verir”.

ÖLKƏDƏ HİCABI MƏCBURİ YOX, KÖNÜLLÜ TAXIRLAR

Açıqlamada bir daha vurğulanır ki, Azərbaycanda dindar qadınların hicab taxmasına heç vaxt qadağa qoyulmayıb. Burada hicabın məcburi şəkildə deyil, könüllülük əsasında geyinilməsi dövlətimin insanlara azad seçim hüququ verməsinin bariz nümunəsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG