Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:00

Türkiyə Suriya ilə sərhəddə bufer zonası yarada bilər


Türkiyə Suriyadan qaçqın axınına görə bu ölkəylə sərhəddə bufer zonası yarada bilər.

Bunu Türkiyənin xarici işlər naziri Ahmed Davutoğlu deyib.

O qeyd edib ki, belə bir qərar beynəlxalq aləmin iştirakıyla qəbul olunacaq.

Türkiyənin nəqliyyat naziri Binəli Yildırım isə bildirib ki, əgər Suriyada vəziyyət pisləşməkdə davam eləsə Türkiyə Yaxın Şərq ölkələrilə ticarət əlaqələrini İraq ərazisi ilə həyata keçirəcək.

ABŞ və Avropa Birliyi bazar ertəsi BMT-nin təhlükəsizlik şurasını Suriyaya qarşı tədbirlər görməyə çağırıblar.

BMT-nin insan haqları üzrə komitəsi bu ərəfədə Suriyanın təhlükəsizlik qüvvələrini qətl, işgəncə və zorlama da daxil olmaqla insanlığa qarşı cinayət törətməkdə ittiham edib.

Rusiyanın xarici işlər nazirliyi BMT-nin Suriyaya qarşı silah embarqosu tətbiq edilməsilə bağlı çağırışlarını rədd edib və bildirib ki, beynəlxalq aləm Dəməşqə hədələri dayandırmalıdır.
XS
SM
MD
LG