Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45

«Eurovision-2012»nin milli seçim turu başladı


Noyabrın 28-dən İctimai Televiziyanın efirində «Eurovision-2012» Mahnı Müsabiqəsinin milli seçim turu başlayıb.

Ötən gün ilk həftənin iştirakçıları çıxış edib. 9 nəfər - Ramin Quliyev, Canana Zeynalova, Orxan Mirzəyev, Kənan Qədimov, Anastasiya Bedritskaya, Amil Qocayev, Orxan Kərimli, Elnarə HəsənovaSəmra Rəhimli ilk çıxışlarında əcnəbi estrada mahnıları ifa edib.

Bu gün isə onlar Azərbaycan musiqisi oxuyacaqlar.

Yarışmanın ikinci günü 21:00-da İctimai TV ilə canlı yayımlanacaq.

Milli seçim turunda 72 nəfər iştirak edir. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.

Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi SMS və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG