Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:44

Aytmatov Akedemiyası keçmiş prezident Akayevi mükafatlandırdı


Askar Akayev

Askar Akayev

Londonda fəaliyyət göstərən Aytmatov Akademiyası özünün ilk beynəlxalq mükafatlarının qaliblərini açıqlayıb.

Qırğızıstanın inqilabla devrilmiş keçmiş prezidenti Askar Akayev mükafata Türk dünyasının və Rusiyanın böyük yazıçısı "Çingiz Aytmatovun yaradıcılığının təbliğindəki xidmətlərinə görə" layiq görülüb.

Bu barədə İTAR TASS agentliyinə istinadla oxuzalı.az xəbər verir.

Mükafat keçmiş prezidentə ötən həftənin sonunda Londonda keçirilən mərasimdə təqdim edilib.

Bildirilib ki, Akayevin hakimiyyəti dövründə yazıçının əsərləri qırğız dilində çap edilib. Bundan başqa Bişkekdə Çingiz Aytmatov adına kitabxana yaradılıb.
Aytmatovun əsərlərinin ingilis dilinə ən yaxşı tərcüməsinə görə Britaniyalı yazıçı Ceyms Riordan və almancaya ən yaxşı tərcüməsinə görə almaniyalı slavist Fridrix Xitser (ölümündən sonra) də mükafatlandırılıb.

Yazıçının almancaya çevrilmiş bütün əsərlərini çap edən "Unionsferlaq" nəşriyyatı (İsveçrə) və Aytmatov yaradıcılığının vurğunu, onun əsərlərinin ingiliscə çapına dəstək vermiş "Astana" peşəkar veloidman klubunun direktoru, biznesmen Aydar Maxmedov da mükafata layiq görülüblər.

Aytmatov Akademiyası 2011-ci ildə yaradılıb. Onun məqsədi Aytmatov yaradıcılığını Britaniya və bütün dünyada təbliğ etməkdir. (Akademiyanın saytı)

Aytmatov Akayevin hakimiyyəti dövründə Qırğızıstanın Fransa, Belçika və s. Avropa ölkələrində səfiri olub. 2008-ci ildə Nürnberq xəstəxanasında vəfat edib.

Həmçinin bax - bu il Bişkekdə Aytmatova qiyulan heykəl

























Günün bütün mövzuları

XS
SM
MD
LG