Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:19

İnternetlə məşhur brendləri çox ucuz satan 150 saytı müsadirə etdilər


Foto: Arxiv
Foto: Arxiv
Malı internetlə almaq mağazadan almaqdan azı 20 faiz ucuz başa gəlir.
Ancaq elə internet saytları var ki, məşhur brendləri 2,5-3 dəfə ucuz satırlar.

Məsələn, Amerikanın futbol klublarının formaları rəsmi saytlarda 115 dollara satılır.
NFLjerseyssupply.org saytında isə belə köynəyin qiyməti 46 dollardır.

Qiymət niyə belə ucuzdur?

ABŞ-ın miqrasiya və gömrük idarəsinin başçılığı ilə keçirilən əməliyyatda 150 sayt müsadirə olunub.
Bu saytlar Çində düzəldilmiş saxta mallar satırdılar.

Bu saytlarda çox ucuz qiymətə Louis Vuitton-nun qadın çantalarını, Ugg-un çəkmələrini və s. dəbdə olan malları almaq olardı.

Azərbaycanda bu saytlarda sifariş verənlərin və ya vermək isyətəyənlərin nəzərinə: www.pumaoutlets.net, www.myjerseyshop.com,
www.uggbootsclearanceoutletstores.com və başqa bu kimi ucuz mal saytları bağlanıb.

Keçən il ABŞ-da belə 58 sayt bağlanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG