Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Qış ayının ilk günündə sulu qar və qar yağacaq


Azərbaycanda dekabrın 1-də hava yenə soyuyacaq, temperatur bir neçə dərəcə enəcək.

Dekabrın 1-də havanın qısa müddətə dəyişəcəyi, yağıntılı olacağı, ayrı-ayrı rayonlarda sulu qar, dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və axşam buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta təşkil edəcək. /Milli Hidrometeorologiya Departamenti /

Günün bütün mövzuları

XS
SM
MD
LG