Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

İslam Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmədi


Noyabrın 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsinə baxış keçirilib.

AİP-in iddia ərizəsinə baxılmamış xitam verilib.

Meriya AİP-in oktyabrın 22-də Bakıda keçirmək istədiyi mitinqə yer ayırmaqdan imtina edib. Bu qərarı qanunsuz sayan təşkilat komitəsinin üzvləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət ediblər.

İslam Partiyası Bakı şəhər İcra Hakimiyyətini sərbəst toplaşmaq azadlığı hüququnu pozduğuna görə partiyaya 5000 manat təzminat ödəməsini, aksiya üçün uyğun yer ayırmasını tələb edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG