Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:18

ABŞ və Almaniya Suriyaya qarşı həlledici sanksiyalara çağırır


ABŞ və Almaniya yenidən BMT-nin Təhlükəsizlik Şurasını Suriyaya qarşı ciddi ölçü götürməyə çağırıb. BMT-nin Təhlükəsizlik Şurasında Rusiya və Çin Suriya əleyhinə sanksiyalara veto qoyub.

BMT-nin İnsan Haqları Komissiyası noyabrın 28-də bildirib ki, Suriya qoşunu və təhlükəsizlik qüvvələri "insanlıq əleyhinə cinayətə" yol verib. Bu sırada qətllər, işgəncələr, uşaqların da daxil olduğu zorlama hadisələri diqqətə çatdırılır. Təşkilat hesab edir ki, bu cinayətlərin sifarişi prezident Bashar al-Assad rejiminin yuxarı səviyyəsindən gəlir.

Hesabat Ərəb Liqasının Suriyaya qarşı iqtisadi sanksiyalara qərar verməsindən sonra açıqlanıb.

ABŞ-ın BMT-dəki səfiri Susan Rice bildirib ki, beynəlxalq ictimaiyyət Suriya ilə bağlı artıq çoxdan qəti qərar verməli idi. Bu rəyi Almaniyanın BMT-dəki təmsilçisi də bölüşüb.

BMT rəsmiləri bildiriblər ki, mart ayından indiyə kimi baş verən iğtişaşlarda 3500-dən çox adam öldürülüb.
XS
SM
MD
LG