Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

Seçkiqabağı təşviqat kampaniyası başa çatdı


Noyabrın 29-da Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə bağlı seçkiqabağı təşviqat kampaniyası başa çatıb.

Bu seçkilərdə ölkədə siyasi partiya və ya blok qeydə alınmayıb. Təşviqat yalnız qeydə alınmış namizədlər tərəfindən aparılıb.

Təşviqat kampaniyası noyabrın 7-si saat 08:00-da başlayıb. Noyabrın 29-u səhər saat 08:00-da yekunlaşıb.

Noyabrın 30-a təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549-dur.

Seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG