Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:01

Rafiq Tağı məsələsinin İranda müzakirəsi, kondisioneri və soyuducusu olan vaqonlar...


Mətbuat icmalı

Mətbuat icmalı

«AZƏRBAYCANDA HEÇ KİM İNQİLAB HAZIRLAYA, HƏYATA KEÇİRƏ BİLMƏZ»

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

İrana səfərə hazırlaşan Əli Həsənov onu da deyib ki, «Rafiq Tağının məsələsini İranda müzakirə etməyə ehtiyac yoxdur və bu, İrana aidiyyəti olmayan məsələdir. Rafiq Tağıya qarşı sui-qəsd olub. Bu hansı məqsədlə, niyə olub, kim törədib, bunlar araşdırılmalı, tapılmalıdır…».

DƏMİRYOLU İNFRASTRUKTURU 2014-CÜ İLƏDƏK MÜASİRLƏŞDİRİLƏCƏK

«Yeni Azərbaycan» qəzeti yazır ki, bu nəqliyyat sektorunun inkişafına dair proqrama əsasən, vaqon-lokomotiv parkının tam yenilənməsi nəzərdə tutulur:

«Slovakiyanın «Sazvrudki» zavodunda əsaslı təmir edilərək ölkəmizə gətirilmiş vaqonların istismara verilməsi bir daha vaqon parkının müasirləşməsi istiqamətində mühüm işlərin sürətləndirildiyini göstərir. Televizorlarla, içməli su, monobloklu kondisioner sistemi və soyuducu ilə təchiz olunan vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün lazımı şərait yaradılıb…».

ELMARIN QATİLLƏRİNİ GÜRCÜSTANDAN HEÇ İSTƏYƏN DƏ OLMAYIB

Bunu «Azadlıq» qəzetinə müsahibəsində vəkil Adil İsmayılov bildirib.

Rafiq Tağının qatillərinin kim ola biləcəyi haqqında suala cavabında isə Adil İsmayılov deyib:

«Dəqiq bilmədiyim bir şeydən danışmaq istəməzdim. Amma görünən budur ki, onun ölümündə iqtidarı suçlayanlar heç də haqsız deyil. Ən azından xəstəxanada onun həyatını qorumaq hakimiyyətdə olanların borcu idi. İndi isə heç olmasa, qatilləri tapmaqla günahlarını azacıq da olsa, azaltmaq barədə düşünsələr, yaxşı olar…».

2012-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ DAVAMLI İNKİŞAFA TƏMİNAT YARADACAQ

Bu başlıqla «Azərbaycan» qəzetində çıxan məqalədə deyilir ki, büdcə layihəsi daxil və xarici amillər nəzərə alınmaqla tərtib edilib. Gəlir və xərclər ölkənin iqtisadi reallıqlarını əks etdirir. Sosial yönümlülük gələn il də prioritet istiqamətlərdən biridir…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG