Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19
Vaşinqtonda “Cənubi Qafqaz müstəqillikdən 20 il sonra” mövzusunda beynəlxalq konfrans başlanıb.
İki günlük konfransı Sorosun Açıq Cəmiyyət Fondunun qrantı ilə Karneqi Fondu təşkil edib.

Konfransda iştirak edən Azərbaycanın tanınmış politoloqu Hikmət Hacızadə Azadlıq Radiosuna deyir ki, konfransda region üzrə mütəxəssis olan alimlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, eləcə də Amerikanın beyin mərkəzlərinin nümayəndələri – 100 dən çox adam iştirak edir.

Azadlıq Radiosunun “İndiyədək səslənən çıxışlarda maraqlı nə oldu?” –sualına Hikmət Hacızadə belə cavab verdi:

“Əvvəlcə Ermənistan nümayəndələri çıxış etdilər. Onlar Ermənistandakı daxili vəziyyətdən danışdılar.
Qarşıdan gələn seçkilər ərəfəsində prezident Sarkisianın mövqeyi möhkəmdirmi? Müxalifət lideri Ter-Petrosianın şansları necədir?
Hətta erməni nümayəndələri dedilər ki, keçmiş prezident Kocharian da fəal siyasi həyata qayıtmaq məsələsi var."

"Bundan başqa Ermənistandakı Rusiya bazalarından danışıldı. Deyildi ki, Ermənistan cəmiyyətində bu bazaların saxlanmasına ictimai dəstək var”.

Biz Hikmət Hacızadə ilə əlaqə saxlayanda hələ Azərbaycan nümayəndələri çıxış etməmişdilər.
Hikmət Hacızadə dedi ki, onlar daxili siyasətdən, iqtisadiyyatdan danılşacaqlar.
H.Hacızadənin özü isə sabah insan haqlarından danışmalıdır.

Konfransın əsas mövzusu haqda britaniyalı jurnalist, tədqiqatçı Tomas De Waal deyir ki, “20 ildən sonra Azərbaycan, Gürcüstan və Ermənistanı keçid dövrünü yaşayan ölkə adlandırmaq olmaz. Bunlar artıq fəaliyyətdə olan suveren dövlətlərdir. Ancaq sual qalır: Bu dövlətlər Avropanın və Asiyanın demokratik ölkələri ilə müqayisədə nə vəziyyətdədirlər?
Konfransda ona da toxunulacaq ki, bu 20 ildən hansı dərslər götürülür? Gələcəyə regionun ən yaxşı yolu nədir?"

Günün bütün mövzuları

XS
SM
MD
LG