Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Azərbaycan-Türkiyə biznes forumu başlanıb


Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.

Tədbirdə hər iki ölkədən 250 şirkət iştirak edir.

Bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1.4 mlrd. dollardan çox olub. O cümlədən idxal 990 mln. dollar, ixrac isə 400 mln. dollar olub.
Ötən ilin 10 ayı ilə müqayisədə ticarət dövriyyəsi 85%, idxal 64%, ixrac 2.7 dəfə artıb.

Hazırda Azərbaycanda 1000-ə yaxın türk şirkəti, o cümlədən türk kapitalı ilə 5 bank fəaliyyət göstərir.

Son 10 il ərzində Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 2 mlrd. dollar investisiya yatırılıb.

Türkiyədə isə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir.

Ümumiyyətlə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 4.5 mlrd. dollar investisiya qoyulub.
XS
SM
MD
LG