Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:51

«Eurovision» üçün meydança vaxtında hazır olacaq


«Bakıda «Eurovision-2012» mahnı müsabiqəsi üçün əsas meydançanın – «Crystal Hall»un inşası qrafiki qabaqlamaqla gedir».

Bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.

O, meydançanın vaxtında istifadəyə veriləcəyini deyib.

«Qrafik çərçivəsində işlər iki həftə qabaqlama ilə həyata keçirilir. Tikinti üçün bütün yüngül konstruksiyalar artıq yoldadır. Konstruksiyalar qısa bir müddətdə quraşdırılacaq. İşlər qrafikə əsasən gedir və «Eurovision» üçün əsas meydança vaxtında istismara veriləcək», - deyə A.Rəhimov bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG