Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

Azərbaycan-Türkiyə biznes-forumu keçirilir


Noyabrın 28-də Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova deyib ki, Azərbaycan və Türkiyə arasında 30-dan çox iqtisadi sənəd mövcuddur.

Bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1.4 mlrd. dollardan çox olub. O cümlədən idxalın həcmi 990 mln. dollar, ixracın həcmi isə 400 mln. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəsi 85%, idxal 64%, ixrac 2.7 dəfə artıb.

Hazırda Azərbaycanda 1000-ə yaxın türk şirkəti, o cümlədən türk kapitalı ilə 5 bank fəaliyyət göstərir. Son 10 il ərzində Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 2 mlrd. dollar investisiya yatırılıb. Türkiyədə isə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 4.5 mlrd. dollar investisiya qoyulub.

Tədbirdə hər iki ölkədən bir çox sahələri əhatə edə 250 şirkət iştirak edir.
XS
SM
MD
LG