Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Ərəb Dövlətləri Liqası Suriyaya sanksiyalar tətbiq edib


Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların lehinə 22 ölkədən 19-u səs verib.

Sanksiyalar Suriya Mərkəzi Bankı ilə bütün əlaqələrə, bu ölkədə hər hansı layihənin maliyyələşdirilməsinə qadağanı nəzərdə tutur.

Suriyanın vəzifəli şəxslərinin Ərəb Dövlətləri Liqası ölkələrinin banklarındakı hesablarının dondurulması, siyahısı sonra açıqlanacaq bəzi məmurların ərəb ölkələrinə girişinin qadağan olunması sanksiyalar arasındadır.

Bu il mart ayından Suriyada Bashar Assadin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. BMT-nin məlumatına görə, indiyə qədər aksiyalarda 3500 adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG