Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:00

Ərəb dövlətləri Suriyaya qarşı sanksiyalar tətbiq edir


Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edir.

Qətərin xarici işlər naziri Hamad bin Yassim Qahirədə keçirdiyi mətbuat konfransında təşkilata daxil olan 22 ölkədən 19-nun sanksiyaları dəstəklədiyini bildirib.

Söhbət ilk növbədə Suriya ilə iqtisadi layihələrin dayandırılması və bu ölkənin xarici banklardakı aktivlərinin dondurulmasından gedir.

Dəməşq bu addımı satqınçılıq kimi qiymətləndirib.

Bazar günü Suriyada daha 10 nümayişçinin öldürüldüyü bildirilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 500-dən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG