Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:36

NATO Pakistanda 24 əsgərin ölümündən təəssüf bildirib


NATO vertolyotunun Pakistan ərazisindəki nəzarət-buraxılış məntəqəsini vurması təsadüfdür.

Bunu NATO-nun baş katibi Anders Fogh Rasmussen bəyan edib.

O Pakistanın baş naziri Yousif Reza Gilaniə göndərdiyi məktubda hadisəyə görə dərin təəssüf bildirib.

Əməliyyat nəticəsində 24 pakistan əsgəri həlak olub.

Pakistanın xarici işlər naziri Hina Rabbani Khar ABŞ dövlət katibi Hillary Clintonla telefon söhbəti zamanı hücumun beynəlxalq qanunlar, insan həyatı və Pakistanın süverenliyinə hörmətsizlik olduğunu bildirib.

Pakistan bu hücuma görə artıq Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandırıb.

İslamabat həmçinin Birləşmiş Ştatlardan pilotsuz təyyarələrin yerləşdirildiyi bazanın boşaldılmasını tələb edib.

ABŞ Dövlət katibi Hillary Clintonla müdafiə naziri Leon Panetta ölənlərin ailələrinə başsağlığı veriblər.
XS
SM
MD
LG