Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26
Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə avtomobil qəzasında xəsarət alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən mətbuata bildirilib ki, noyabrın 25-də axşam saatlarında Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan və A.Gəraybəyli küçələrinin kəsişməsində “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.
Hadisə zamanı deputat Z.Səmədzadə “Nissan” markalı avtomobildə olub. Qəza nəticəsində həm “Mercedes”in sürücüsü Mübariz İsmayılov, həm də deputatın sürücüsü Mahir Musayev, eləcə də Ziyad Səmədzadənin özü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Deputatı Ziyad Səmədzadənin xəsarəti ağır olmadığından, həkimlər onu evə buraxıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG