Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri həlak olub.
Bu barədə məlumatı APA yayıb. Hadisə noyabrın 26-da saat 15.30 radələrində cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Elmar Səməd oğlu Həbibzadəyə dəyib. Əsgər aldığı güllə yarasından vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
Elmar Həbibzadə 2011-ci ilin aprel ayında Lənkəran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG