Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:38

Gənclər ziyalılara dəstək aksiyası keçirdilər


Etiraz aksiyası, 26 noyabr 2011
Etiraz aksiyası, 26 noyabr 2011
«İntellektin əzildiyi ölkəyə xoş gəlmisiniz!».

Noyabrın 26-da «Dalğa» Gənclər Təşkilatı Azərbaycan, rus və ingilis dillərində yazılmış bu şüarla Heydər Əliyev adına hava limanının girəcəyində etiraz aksiyası keçirib.

Gənclər AzadlıqRadiosuna bildiriblər ki, onlar bununla son vaxtlar Azərbaycanda ziyalılara qarşı təzyiq və təqiblərə etiraz ediblər:

«Akademik Rafiq Əliyev işdən çıxarılıb, yazıçı Rafiq Tağı qətlə yetirilib. Bütün bu baş verənləri Azərbaycan ziyalısına ədalətsizlik kimi qiymətləndirdik. Hesab edirik ki, ziyalıya qarşı nə qədər basqı və təzyiq olarsa, o ölkənin gələcəyi olmaz».

Gənclər aksiya keçirmək üçün ünvanın da təsadüfən seçilmədiyini bildirirlər:

«Bu yoldan xaricilər Azərbaycana gəlir. Onlar elə bilirlər ki, neftin, yaşayışın gözəl olduğu bir ölkəyə gəlirlər. Onlara göstərmək istəyirdik ki, burda ziyalılar əzilir, öldürülür, işdən qovulur, onlara qarşı haqsızlıq edilir. Biz bundan sonra da bu vəziyyətə öz etirazımızı davam etdirəcəyik».

Aksiya qısamüddətli olub və polis müdaxiləsi olmadan başa çatıb.
XS
SM
MD
LG