Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabit 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə APA-ya Tərtər Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma – hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayan hərbçi apellyasiya şikayəti verib. R. Eyvazovun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG