Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:18
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova prezident İlham Əliyevə əfv təklifi ilə müraciət edib.

Müraciətdə deyilir ki, bu il bir sıra əlamətdar tarixlər – respublikanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyasının 10 illiyi qeyd olunur.

Bütün bunları nəzərə alaraq Ombudsman istəyir ki, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində prezident növbəti əfv fərmanı imzalasın.

Ombudsmanın müraciəti əsasında indiyədək 339 məhkum əfv sərəncamları ilə azadlığa buraxılıb.

Prezident İlham Əliyev sonuncu dəfə bu il mayın 26-da əfv sərəncamı imzalayıb. Əfv ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 70 nəfər azad edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG