Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:58

Ombudsman əfv təklifi ilə prezidentə müraciət edib


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova prezident İlham Əliyevə əfv təklifi ilə müraciət edib.

Müraciətdə deyilir ki, bu il bir sıra əlamətdar tarixlər – respublikanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyasının 10 illiyi qeyd olunur.

Bütün bunları nəzərə alaraq Ombudsman istəyir ki, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində prezident növbəti əfv fərmanı imzalasın.

Ombudsmanın müraciəti əsasında indiyədək 339 məhkum azadlığa buraxılıb.
XS
SM
MD
LG