Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

İraqda törədilmiş partlayışlarda azı 15 adam ölüb


İraqda törədilmiş terror aktları nəticəsində azı 15 adam ölüb.
Əbu Qreybdən Fəllucəyə gedən yolda baş vermiş 2 partlayışda 7 nəfər ölüb, 10-dan çox adamsa yaralanıb.

Onların əksəriyyəti inşaatçılardır.

Bir neçə saat sonra Bağdaddakı ticarət rayonlarından birində törədilmiş 3 partlayışda isə 8 nəfər ölüb, 20-ə yaxın adamsa yaralanıb.

Təkcə bu ilin oktyabrında ölkədə törədilmiş terror aktlarında 260-a yaxın adam ölüb.
XS
SM
MD
LG