Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:47

Jurnalistin ailə üzvləri polisə çağırılıb


Jurnalist İdrak Abbasovun atası, anası və qardaşı Binəqədi rayon Polis İdarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna jurnalist İdrak Abbasov məlumat verib:

«Zəng etdilər, dedilər ki, anam, atam və qardaşım ayın 28-də Binəqədi polisində olmalıdırlar. Dedilər ki, ailə üzvlərinizlə evləri sökən Dövlət Neft Şirkəti mühafizə xidmətinin əməkdaşları arasında üzləşmə prosesi olacaq».

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı İdrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, valideynlərinə və qardaşına xəsarət yetiriblər.

Jurnalistin atası Telman, qardaşı Ədalət Abbasovlar və anası Naimə Quliyeva xəstəxanaya yerləşdirilmişdilər.

Bu hadisədən sonra İdrak Abbasov ailə üzvlərinin hədələndiyini bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG