Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:33

Ermənistanda istefa tələbilə növbəti mitinq keçirilib


Cümə günü Yerevanda prezident Serj Sarkisyanın istefası tələbilə nümayiş keçirilib.

İnterfaksın məlumatına görə nümayişdə 4 minədək adam iştirak edib.

Mitinq zamanı qəbul edilmiş qətnamədə Sarkisyan seçki kodeksini pozmaq və hakimiyyəti zəbt etməkdə ittiham olunur.

Mitinqi müxalifətdə olan keçmiş prezident Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi təşkil edib.

Hakimiyyəti korrupsiyada ittiham edən müxalifət ölkədə vaxtındanəvvəl seçkilər keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG