Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:19

Qahirədə daha 1 nümayişçi öldürülüb


Şənbə günü Qahirədə nazirlər kabinetinin qarşısında 1 nümayişçi öldürülüb.

Yerli fəalların məlumatına görə təhlükəsizlik qüvvələri oturaq nümayişi dağıtmaq istəyərkən o maşının altında qalıb.

Keçmiş prezident Hosni Mubarakın dövründə baş nazir olmuş Kamal Ganzouri yenidən baş nazir təyin edildiyinə görə, etirazçılar dünəndən oturaq nümayişə başlayıblar.

9 gündür ki, Qahirənin mərkəzində hakim ali hərbi şuranın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Son aksiyalarda 40-dan çox adamın öldüyü bildirilir.

Aksiyaçılar hərbçiləri hakimiyyətdən getmək istəməməkdə ittiham edirlər.

Noyabrın 28-də Misirdə parlament seçkiləri keçirilməlidir.
XS
SM
MD
LG