Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Bakıda istirahət günü şaxtalı hava şəraiti hökm sürəcək


Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Gecə 0-3 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Gecə 1-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. /Milli Hidrometeorologiya Departamenti/
XS
SM
MD
LG