Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11
Uşaqlar öz sinif otaqlarının dağıntısı içində qışqıraraq ağlayır, qorxudan əsim-əsim əsirlər. Taliban ötən həftə Pakistanda qız məktəblərindən daha birini partladıb.

Taliblər qızların təhsil almasına yol verməmək üçün ən qatı tədbirlərə əl atmaqdan çəkinmirlər.

Bu, çoxsaylı belə partlayışlardan yalnız biridir. Pakistan talibançıları 2007-ci ildən yüzlərlə məktəb partladıblar.

«Taliban»ın ismarışları daha aydın və yüksəkdən səslənir. Lakin bu ismarışlar heç də həmişə cəmiyyətdə «Taliban»ın gözlədiyi kimi qəbul olunmur.

Böyüyəndə müəllim olmaq istəyən 10 yaşlı Sumaira Saleem deyir ki, heç nə onları təhsil almaq fikrindən daşındıra bilməz:

«Bu partlayışları törədənlər düşünürlər ki, qızları qorxuda bilərlər. Amma biz qorxmuruq və nə olur-olsun təhsilimizi davam etdirəcəyik. Çünki biz böyüyəndə bir peşə sahibi olmaq Pakistanda din dərsləri

Pakistanda din dərsləri

istəyirik».

«Taliban»a görə, qadınlar başdan ayağadək qapalı olmalı, yalnız bişirməyi və təmizləməyi, ərinə və övladlarına qulluq etməyi öyrənməli, nadir hallarda evdən çölə çıxmalıdır.

Ancaq təhsil almaq üçün 7 km yol qət edən 8 yaşlı Sarah Khan kimi qızlar üçün bu, heç də ideal həyat tərzi deyil:

«Mən istəyirəm ki, ölkəmə və xalqıma faydam olsun. Döyüş təyyarəsi sürən pilot olum və bu ölkəni terrordan, ekstremizmdən xilas edim».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG