Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Bələdiyyə seçkilərini 10 min müşahidəçi izləyəcək


Bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir.

Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər tərəfindən müraciət olmayıb.

Noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Lakin 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1549-dur.

Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də keçirilib.
XS
SM
MD
LG