Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

Ağsu aşırımı açılıb


Bakı-Şamaxı-Ağsu yolunda avtomobillərin hərəkəti tam bərpa edilib.

Bu barədə «APA»ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Bakı-Şamaxı-Ağsu yolunun qardan və buzdan təmizləndiyini deyən şöbə rəisi Ağsu aşırımının da açıldığını qeyd edib.

K. Əliyev bildirib ki, yolların buz bağlaması nəticəsində noyabrın 25-də respublika ərazisində 9 yol qəzası qeydə alınıb. 4 nəfər ölüb, 27 nəfər isə xəsarət alıb.

Azərbaycan ərazisində havaların kəskin soyuması nəticəsində Bakıda və rayonlarda yolları buz bağlayıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaşanıb.
XS
SM
MD
LG