Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:01

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun
2012-ci il büdcəsi haqqında

Maddə 1. Büdcənin ümumi göstəriciləri

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri 2 454 300 000,0 manat, xərcləri 2 454 300 000,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri Məbləğ (manatla)

1. Məcburi dövlət sosial sığorta haqları, cəmi
o cümlədən: 1 407 500 000,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 506 657 910,0

1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 69 089 680,0

1.3. dövlət büdcəsindən ayrılan subsidiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi üzrə daxilolmalar
61 752 410,0
1.4. digər sığortaedənlər
o cümlədən: 770 000 000,0 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 31 900 000,0
2. Sair gəlirlər, cəmi
o cümlədən: 2 500 000,0
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 1 500 000,0
3. Dövlət büdcəsindən ayırmalar (transfert) 1 044 300 000,0

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmi
o cümlədən: 2 393 720 000,0
1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi
o cümlədən: 2 322 540 000,0
əmək pensiyalarının baza hissəsinə 1 302 220 000,0
əmək pensiyalarının sığorta hissəsinə 1 020 320 000,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına
müavinətlərə, cəmi
ondan:
71 180 000,0
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 000 000,0
hamiləliyə və doğuşa görə 25 000 000,0
uşağın anadan olmasına görə 4 000 000,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 6 000 000,0
dəfn üçün 10 400 000,0
işsizliyə görə 4 780 000, 0

2. Pensiya və müavinətlərin əhaliyə çatdırılması,
Bank əməliyyatlarının aparılması üzrə xidmət
haqqı xərcləri
18 850 000,0

3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və
sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi
üzrə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclər, cəmi
o cümlədən:
15 660 000,0
3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün
yollayışların alınmasına
12 500 000,0

3.2. sığortaolunanların uşaqlarının sağlamlıq
düşərgələrində istirahətinin təşkilinə
150 000,0

3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb
xidməti və ştatların saxlanılmasına
120 000,0

3.4. Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının idman cəmiyyətlərinə məxsus
idman qurğularının qismən saxlanılmasına
(işçilərin əməkhaqqının ödənilməsi)
1 890 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi
müfəttişliyinin, etimadlı həkimlərin,
sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların
Saxlanılmasına
1 000 000,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi
aparatının və onun yerli orqanlarının saxlanılması
xərcləri
21 600 000,0
5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının
ödənilməsi xərcləri, cəmi
o cümlədən:
40 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük
haqqının ödənilməsi xərcləri
14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına
Üzvlük haqqının ödənilməsi xərcləri
26 000,0
6. "2009 - 2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı" üzrə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı
xərclər 1 430 000,0
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 22 dekabr tarixli 449s nömrəli
Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
arasında Maliyyələşdirmə Sazişi ("Sosial
Müdafiənin İnkişafı Layihəsi")" üzrə xərclərin
Maliyyələşdirilməsi
3 000 000,0

Maddə 4. Borcların ödənişi

Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 5. Qalıqlardan istifadə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

Maddə 7. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG