Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:40

Hüquq müdafiəçiləri Suriyada daha 4 nəfərin öldürüldüyünü bildirirlər


Suriyanın təhlükəsizlik qüvvələri noyabrın 25-də azı 4 nümayişçini öldürüblər.

Bu barədə Suriyadan olan hüquq müdafiəçiləri xəbər verirlər.

Cümə namazından sonra Dəməşqin Douma vilayəti, Homs, Deraa, Deir al-Zor vilayətlərində minlərlə insan küçələrə çıxaraq “Prezident edam edilsin” şüarları səsləndiriblər.

Ərəb Ölkələri Liqası Suriyaya ultimatum verərək qan tökülməsini dayandırmağa çağırır, əks halda Suriyaya qarşı sanksiyalar tətbiq edəcəyini bildirir.

Təhlükəsizlik qüvvələri indiyəcən 3 mindən artıq dinc nümayişçini qətlə yetiriblər.
XS
SM
MD
LG