Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:47

Yazıçılar Birliyi Rafiq Tağının qətlini pisləyir


Azərbaycan Yazıçılar Birliyi (AYB) yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, AYB istedadlı hekayələr müəllifi Rafiq Tağının xaincəsinə qətl edilməsinə ürəkdən acıyır və kədərlənir:

«Rafiq Tağının müəyyən fikirləri ilə razılaşmamaq, qəbul etməmək, onlarla mübahisə eləmək olardı. Amma biz tanınmış bir yazıçının belə amansızcasına həlak edilməsini hiddətlə, qəzəblə qarşılayırıq. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Səlahiyyətli orqanların qısa müddətdə Rafiq Tağının qatillərini aşkar edəcəyinə və onları layiqincə cəzalandıracağına ümid edirik».

Noyabrın 19-da yazıçı Rafiq Tağı Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Yazıçıya qəsd Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə araşdırılır.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG