Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:34

Rusiya Belorusun qazpaylama sisteminə sahib oldu


Rusiya Belorusun qazpaylama sisteminə sahib oldu. “Qazprom” şirkəti “Beltransqaz”dakı payını iki dəfə artırır - 50 faizdən 100 faizə.

İki ölkə arasında əldə edilən razılaşmaya görə, Rusiya atom elektrik stansiyası tikilməsi üçün Belorusa verdiyi kreditin məbləğini 6 milyard dollardan 10 milyard dollara qaldıracaq.

Bundan başqa Rusiya Belorusa satdığı qazın qiymətini də təxminən 30 faiz azaldacaq. Belorus rus qazını 1000 kub metri 164 dollara alacaq. Baxmayaraq ki, Rusiya qazın 1000 kub metrini Qərbi Avropa ölkələrinə 400 dollara satır.

Ağır böhran içində olan Belorus Qərb ölkələrindən kredit almaqda çətinlik çəkirdi. Qərb ölkələrinin Belorusla münasibətləri ölkədə insan haqlarının vəziyyətinə görə pisləşib.
XS
SM
MD
LG