Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50
«Könül istərdi ki, bu gözəl nağıllar kitabı Azərbaycan nəşriyyatlarında çap olunaydı, yəqin gələcəkdə bu da gerçəklik olacaq»
Bu sözləri yenicə çapdan çıxmış «Azərbaycan nağılları»— «Azerbaijan fairy tales» kitabının və eyniadlı diskin təqdimat mərasimində sənətşünas Ziyadxan Əliyev dilə gətirdi.
Noyabrın 25-də İçərişəhərdəki «Art Garden»- «İncəsənət bağı»nda gerçəkləşən tədbirə kitabın yaradıcıları, media nümayəndələri, ölkənin tanınmış simaları yığışmışdı.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingiliscə Türkiyədə nəfis şəkildə çap olunan kitabda 28 Azərbaycan nağılı toplanıb.
«Cırtdan», «Göyçək Fatma», «Məlikməmməd», «Təpəgöz», «Tənbəl Əhməd» kimi məşhur nağıllar iki tərcüməçinin - Yen Pert (İngiltərə) və Səadət İbrahimovanın sayəsində ingilis dilinə çevrilib.
Təqdimat mərasimində tərcüməçilər nağılların ingiliscəyə çevrilməsində qarşılaşdıqları çətinliklərdən danışdılar.
Kitabı xalq rəssamı Arif Hüseynovun çəkdiyi maraqlı şəkillər bəzəyir.
Arif Hüseynov mərasimdəki çıxışında nağıllarımızın əbədiliyindən və bəşəriliyindən söz açdı. Misal olaraq ümummilli nağıl qəhrəmanımız «Cırtdan»dan səsləndirdiyi «Kim yatmış, kim oyaq?!» - deyimini xatırlatdı və bu deyimin hələ də aktual olduğunu diqqətə çatdırdı.
Layihənin rəhbəri Leyla Əfəndiyevadır.
Kitaba əlavə olunmuş diskdə nağılları ingilis dilində Selia Devis (İngiltərə) səsləndirib. Tədbirdə nağılların Oksford ləhcəsində səsləndirildiyi vurğulandı.
Kitab cəmi 1000 nüsxə çap olunub. Layihənin rəhbəri hələlik kitabın satış üçün nəzərdə tutulmadığını, təkcə xarici ölkələrdə yayılmaq üçün hazırlandığını bildirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG