Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:15

YUNANISTAN

Yunanıstanda bu həftəsonu muzeylər və arxeoloji yerlər işləməyəcək.
Muzey işçilərinin həmkarlar ittifaqı “Peyfa” bildirir ki, işçilər həftəsonu havayı işləməkdən imtina edirlər.

Bəyanatda deyilir: “Mədəniyyət nazirliyi şənbə və bazar günləri üçün maaş ödəyə bilmədiyinə görə, biz 5 günlük iş həftəsinə keçirik”.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti 8 milyard avroluq tranşı sentyabrdan bəri hələ də verməyiblər.

Avrozona liderləri Yunanıstan hökumətindən yazılı vəd istəyirlər ki, Yunanıstan avrozona ilə razılaşdırılmış qənaət rejiminə riayət edəcək.

Məlumatlara görə, Yunanıstan hökumətinin xəzinəsində cəmi 19 günlük pul ehtiyatı var. Avrozonadan pul gəlməsə, ölkə müflis olacaq.


PORTUQALİYA

Portuqaliyada ölkə üzrə ümumi tətil ölkənin ictimai xidmətlərini iflic etdi.
Təyyarə şirkətləri yüzlərlə reysi ləğv etdilər. Lissabonda metro bağlandı.
Məktəblər, poliklinikalar boşaldı.
Yalnız hökumət idarələrində bəzi işçilər iş yerlərində idilər.

Bu ilin əvvəlində borc problemini həll etmək üçün Portuqaliya 78 milyard avro kömək istədi.
Bunun əvəzində Portuqaliya xərcləri azaltmağa və vergiləri artırmağa öhdəlik götürdü.

İndi neçə aydan sonra Portuqaliyada yaşayış səviyyəsi xeyli düşüb. İşsizlik 12 faizi keçib.
İqtisadiyyat 3 faiz geriləyib.

Ölkənin iki həmkarlar ittifaqının ümumi tətilində 1 milyondan çox adam iştirak edib. Həmkarlar İttifaqları bildirirlər ki, onlar bununla narazıların nə qədər çox olmasını hökumətə nümayiş etdirirlər.


GƏLƏN HƏFTƏ DƏ BRİTANİYA

Britaniyada noyabrın 30-da son 30 ildə ən böyük tətil gözlənilir.
2 milyon adam hökumətin qənaət planına etiraza çıxacaq.

İllik maaşı 26 min funt sterlinq ( 40 min ABŞ dolları)
olan kiçik tibb işçisi Reutersə deyib ki, onun 10 yaşlı qızı var, iki nəfərlik ailədirlər, bu pula dolana bilmirlər.
O deyir ki, ömründə tətilə, etiraza çıxmayıb, ancaq ”daha bəsdir”.

Uelsdə gömrükdə işləyən başqa birisi deyir ki, “onun etiraza qalxmaqdan başqa yolu qalmayıb”.

Bu arada çıxan hesabat hissləri daha da coşdurub.
Hesabata görə son bir ildə Britaniyanın ən böyük 100 şirkətinin direktorlarının gəliri 48 faiz artıb.

Hökumət tətilə çıxmamağa şağırır. Hökumət bildirir ki, tətil ən azı yarım milyard funt sterlinq ziyan vuracaq.
Tətili təşkil edən 30 həmkarlar ittifaqları isə bu rəqəmi iqtisadçıların fantaziyası adlandırır.

Qənaət planları, pensiyaların kəsilməsi, maaşların dondurulması ilə bağlı kütləvi etiraza qalxan Yunanıstan, Portuqaliya, Fransa kimi ölkələrdən fərqli olaraq Britaniya indiyə kimi ümumi tətildən yayına bilmişdi.

Ancaq sənaye münasibətləri üzrə bir professor Reutersə deyir ki, “hökumət kömək etmir, adamlarsa televizorda Avropada küçəyə çıxanları görürlər və düşünürlər ki, biz də eyni şeyi etməliyik.Televiziyaya baxan britaniyalı fikirləşir ki, o niyə küçəyə çıxmasın?!”



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG