Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

BMT Suriyada uşaqlara işgəncə verilməsi haqda xəbərlərdən narahatdır


BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bildirir ki, ona Suriyada kütləvi insan haqları pozuntuları haqda məlumatlar, o cümlədən uşaqların həbsi və onlara xəsarət yetirilməsi haqda xəbərlər daxil olub.

Bu barədə Cenevrədə yerləşən komitənin rəhbəri Claudio Grossman öz bəyanatında bildirir.

“Uşaqlar barədə xəbərlər bizdə xüsusi narahatlıq doğurur”.

Komitə Suriya hökumətinə müraciət edərək bununla bağlı hesabat verməsini istəyib.

Aylardır davam edən üsyan nəticəsində Suriyada 3500 nəfərdən çox dinc insan ölüb, minlərlə adam həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG