Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Çılpaq misirli qadın kişiləri hicab geyinməyə çağırıb


Misirli bloqqer Aliaa Magda Elmahdy

Misirli bloqqer Aliaa Magda Elmahdy

Ötən həftə özünün çılpaq şəklini bloqunda yerləşdirməklə aydın səmada ildırım effekti yaradan misirli bloqqer həm də kişiləri hicab geyinməyə çağıraraq qadınların hüquqları uğrunda yeni kampaniyaya başlayıb.
Aliaa Elmahdynin ötən həftə «Facebook» vasitəsilə başladığı kampaniya həmin səhifədən minlərlə şikayətin gəlməsi səbəbindən bağlanıb. Ancaq Aliaa kampaniyanı yenidən başlamağı planlaşdırır.
Elmahdynin oğlan dostu Kareem Amel deyir ki, Aliaa şəklini bloqunda yerləşdirəndə ilk vaxtlar heç bir siyasi məqsəd güdmürmüş. Sadəcə mühafizəkar Misir cəmiyyətinə bir mesaj göndərmək istəyirmiş ki, qadının bədəni «ayıbla assosiasiya olunmamalıdır».
Elmahdynin «Facebook»dakı «Qadınlarla həmrəy olaraq hicab geyinin» kampaniyası noyabrın 1-dən başlayıb. Kampaniyanın başlamasının səbəbi cəmiyyətə mesaj göndərməkdir:
«ADAMLARIN ÇOXU HİCABIN QADINLARLA KİŞİLƏR ARASINDA AYRI-SEÇKİLİK YARATDIĞINI İNKAR EDİR»
«Facebook»un ərəb dilində olan həmin səhifəsində belə yazılmışdı: «Qadınları hicaba çağıranlar hicablı kişilərə də hücum etməməlidirlər».
Burada kişilərdən hicab geyinmiş şəkillərini bu səhifəyə yükləmək də xahiş olunurdu.
Misir cəmiyyətində ənənələr çox güclüdür. Qadınlara qarşı zorakılıq halları nadir hallarda ictimaiyyətə açıqlanır. Misirin Qadınlar üzrə Milli Şurasının məlumatına görə, qadınlara qarşı zorlama və seksual xarakterli hərəkətlərin 98 faizi hakimiyyət orqanlarına bildirilmir.
Qahirənin Təhrir meydanında nümayişlərin yenidən alovlandığı bir vaxtda hicab kampaniyası ilin əvvəlində Hosni Mubarakin hakimiyyətdən getməsinə gətirib çıxarmış etiraz aksiyaları zamanı 26 yaşlı misirli Asmaa Mahfouzun məşhur video bloqunu xatırladır. Həmin videbloqda deyilirdi:
2009-da iranlı kişilər prezident seçkilərindən sonra internet vasitəsilə «Kişi ol» adlı kampaniya keçirmişdilər

2009-da iranlı kişilər prezident seçkilərindən sonra internet vasitəsilə «Kişi ol» adlı kampaniya keçirmişdilər

«Kim özünü kişi hesab edirsə, bizimlə gəlsin. «Qadınlar etiraz aksiyalarında iştirak etməməlidirlər. Çünki onlar döyülə, alçaldıla bilərlər» deyən hər kəs qeyrətə gəlib yanvarın 25-də bizimlə birlikdə olsun».
Bu video Misir iğtişaşlarının dönüş nöqtəsi sayılır. Onun müəllifi Asmaa Mahfouz məşhur Sakharov mükafatı ilə mükafatlandırılıb. Ancaq çətin ki, Tahrir meydanına yığışan kişilər hicab taxsınlar.
Həmin kampaniyanı bəyənən yeganə kişi isə Magdy Abdelraheemdir. O da Misirdə yox, Birləşmiş Ərəb Əmirliklərində yaşayır. O deyir ki, bu yolla qadınları dəstəkləmək lazımdır.
Yaxın Şərqdə çox az sayda qadın paltarı geyən kişi tapılar. Çünki bu təhqir sayılır. Ancaq yüzlərlə iranlı kişi bunu özləri üçün qəbahət saymamışdı. 2009-da iranlı kişilər prezident seçkilərindən sonra internet vasitəsilə «Kişi ol» adlı kampaniya keçirmişdilər. Onlar kütləvi etiraz aksiyaları zamanı həbs olunmuş tələbələrə və qadın hüquqları uğrunda maariflənməyə dəstək məqsədilə hicablı şəkillərini internetdə yerləşdirmişdilər.

Sayta hazırladı: Kəbiran Dilavərli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG