Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:13

Polşanın ilk atom elektrik stansiyası 2020-ci ildə işə düşəcək


Stansiya Baltik dənizi sahilində yerləşəcək.

Bu haqda açıqlama verən Polşa hökuməti hazırda AES üçün layihə təkliflərinin nəzərdən keçirildiyini bildirib.

İki ilə bununla bağlı tenderin nəticəsi elan ediləcək.

Hazırda Polşanın elektrikə olan tələbatının 94 faizini ölkənin daş kömürü mədənləri ödəyir.

AES təxminən 20 milyard avroya başa gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG