Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:17

Nazir: «Azərbaycan nərə ovunu 100 faiz dayandırıb»


«Azərbaycan nərə ovunu 100 faiz dayandırıb. Biz digər ölkələrin təşəbbüsümüzə qoşulmasına şad olarıq».

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Xəzərdə nərə ovuna moratorium təşəbbüsünə toxunan nazir qeyd edib ki, hal-hazırda Xəzəryanı ölkələrdən yalnız Azərbaycan və Rusiya nərəkimilərin sayını qorumaq üçün səy göstərir.

H.Bağırov ümid etdiyini bildirib ki, yaxın gələcəkdə bu təşəbbüsə digər Xəzərətrafı dövlətlər də qoşulacaq:

«Əfsuslar olsun ki, Xəzərətrafı dövlət başçıları bu sahədə təşəbbüs göstərsələr də, indiyə kimi beştərəfli səviyyədə buna dair ortaq məxrəcə gəlmək mümkün olmur».

Nazir deyib ki, Azərbaycanda nərənin qanunsuz ovu davam edir və buna qarşı mübarizə aparılır. Azərbaycanda həm də nərəkimilər xüsusi müəssisələrdə yetişdirilir.

H.Bağırov hazırda Azərbaycan bazarında satışa çıxarılan nərənin əsasən Rusiyadan daxil olduğunu da qeyd edib. /apa/
XS
SM
MD
LG