Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

Microsoft Rusiyada pirat proqramları ən çox satılan şəhərləri müəyyənləşdirib


Microsoft şirkəti mağazalarında pirat proqramları ən çox satılan Rusiya şəhərlərini müəyyənləşdirib.

Məlum olub ki, məsələn, Moskvada mağazaların üçdə birində pirat proqramları satılır.

Birinci yerdə Pskov şəhəridir. Burda mağazaların 53 faizində pirat proqramlar təklif olunur.

Microsoft avqust-sentyabr aylarında Rusiyanın 80 şəhərində 3016 mağazanı yoxlayıb.
Yoxlama saxta alıcı prinsipi ilə aparılıb.

Moskvada mağazaların 12 faizində Microsofta müfəttişlik edən alıcılara təklif olunub ki, pirat proqramını elə yerindəcə onların kompüterinə qoya bilərlər.

Bu il yoxlanan mağazaların 23 faizində alıcılara lisenziyası olmayan proqramlar təklif olunub.

Ancaq Microsoft bildirir ki, keçən ilki yoxlama ilə müqayisədə bu, 4 faiz azdır.
XS
SM
MD
LG