Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Nazir müavini: «Seçkidə Serj Sarkisyana rəqib görmürük»


Robert Koçaryan və Serj Sarkisyan

Robert Koçaryan və Serj Sarkisyan

«Ermənistanda prezident seçkilərində kimin qalib gələcəyini indidən demək çətindir. Ancaq hələ ki, Serj Sarkisyana rəqib görmürük».

Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.

O bildirib ki, Ermənistanda qarşıdakı illərdə keçiriləcək seçkilər faktorunun Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesinə təsiri o qədər də ciddiyə alınmamalıdır.

«Seçkilər ardıcıllıqla hər hansı ölkədə keçirilə bilər. Lakin dövlətin mövqeyi seçkilərdən qabaq da bəlli olur, seçkilərdən sonra da dəyişmir. Biz Robert Koçaryanla Sarkisyan arasında o qədər də böyük fərq görmədik», - nazir müavini qeyd edib.

A.Əzimovun fikrincə, ABŞ, Rusiya və Fransadakı seçkilər də vəziyyəti dəyişməyəcək.

«Dövlətlərin prinsipial maraqları və mövqeləri onları münaqişənin həllinə sövq etməlidir», - XİN rəsmisi deyib.

ABŞ, Fransada və Rusiyada prezident seçkiləri 2012-ci ildə keçiriləcək.

Ermənistanda isə prezident seçkisi 2013-cü ilə planlaşdırılır. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG