Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

Dövlət orqanlarında 887 boş vəzifəni tutmaq üçün test imtahanları davam edir


Azərbaycanda boş vəzifələrə test imtahanı keçirilir.

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 97 dövlət orqanında 887 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

İndiki test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi və Səhiyyə Nazirlikləri üzrə keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifəyə 190 namizəd, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyində 1 vakant vəzifəyə 56 namizəd, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində 2 vakant vəzifəyə 101 namizəd, Səhiyyə Nazirliyində 10 vakant vəzifəyə 111 namizəd var.

Test imtahanı kompüter vasitəsilə keçirilir və nəticələr imtahan başa çatdıqdan az sonra namizədlərə təqdim ediləcək. Nəticələr Komissiyasının rəsmi internet saytında yerləşdiriləcək.
XS
SM
MD
LG