Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Suriyada yeni adda etiraz aksiyası planlaşdırılır


Suriyada müxalifət tərəfdarlarını bu günkü cümə namazından sonra yeni aksiyaya çağırıb. Aksiya “Azad Suriya ordusu məni müdafiə edir” şüarı altında keçiriləcək.

Azad Suriya ordusu özündə müxalifətin tərəfinə keçmiş hərbçiləri birləşdirir.

Ötən gecə hakimiyyət qoşunları Homs, İdlib, Hama əyalətlərindəki yaşayış məntəqələrini atəşə tutub. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, dünən Homsda azı 35 adam öldürülüb. Onlardan biri qadın, ikisi uşaqdır. Ümumilikdə dünən 50-yə yaxın adamın öldürüldüyü bildirilir.

Dünən Ərəb Dövlətləri Liqası Suriyaya xəbərdarlıq edib ki, əgər 24 saat ərzində müşahidəçilər qrupunun ölkəyə baş çəkməsinə razılıq verməsə ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcək. Bu gün həmin müddət bitir.

Söhbət əsasən Suriya ilə hava əlaqəsinin kəsilməsi, Dəməşqlə maliyyə razılaşmalarının dayandırılması və Suriyanın xaricdəki bank hesablarının dondurulmasından gedir.
XS
SM
MD
LG